Türkiyədə zəncirvari yol qəzası - Ölən və yaralananlar var

turkiyede-zencirvari-yol-qezasi
Oxunma sayı: 1995

Türkiyənin Adana şəhərinin Pozantı rayonunda 4 minik avtomobili, 2 polis maşını, 2 pikap və yük maşınının toqquşması ilə zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.

Qəza səbəbindən magistralın Ankara istiqaməti bir müddət bağlanıb.