Türkiyədəki 48 saatlıq qadağa növbələrə səbəb oldu, dava düşdü - Video

turkiyedeki-48-saatliq-qadaga-novbelere-sebeb-oldu-dava-dusdu
Oxunma sayı: 5133

Xəbər verdiyimiz kimi, bu gündən Türkiyənin 31 vilayətində, eləcə də Ankara və İstanbulda koronavirusla mübarizə məqsədi ilə sakinlərə 48 saat ərzində evdən çıxmaq qadağası qoyulub.

“Qafqazinfo”nun “Haberler.com”a istinadən məlumatına görə, bunun ardından İstanbulda sakinlər ərzaq mağazalarına axın edib. Bayrampaşada növbə səbəbindən vətəndaşlar arasında dava düşüb. Baş verənlər mobil telefonlarla lentə alınıb.

Həmin kadrları təqdim edirik: