Türkiyədəki dəhşətli terrorda azərbaycanlı qadının - - İzi

turkiyedeki-dehsetli-terrorda-azerbaycanli-qadinin-
Oxunma sayı: 5093


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Sultanahmet bombaçısı” kimi tanınan Dağıstanda yaşayan Ramazovanın 2 il əvvələ qədər Rusiyada ofisiant olaraq çalışdığı və 2013-cü ildə internetdə tanış olduğu Norveç vətəndaşı çeçen əsilli Abu Edelbijevlə tanışmasından sonra həyatının tamamilə dəyişdiyi məlum olub. 

Elə həmin ildə Türkiyəyə gələn, daha sonra qeyri-qanuni yollarla Suriyadakı İŞİD düşərgəsinə qatılan Edelbijev Ramazova ilə 2014-də imam nikahı ilə evlənir. 

Evləndikdən sonra çadraya bürünən Ramazova da İŞİD-ə qatılır, lakin döyüşlərdə iştirak etmir. 

İŞİD-ə qarşı keçirilən əməliyyatda hava hücumu zamanı Ramazovanın əri öldürülür. 

İŞİD “Ərini Türkiyə öldürdü. İntiqamını al” deyə Ramazovanı 2 əl bombası ilə Türkiyəyə göndərir. Buradan isə o, Rusiya vətəndaşı olan Azərbaycan əsilli qadınla İstanbula yollanır. 

Hamilə olan gənc qadın İstanbuldakı, Rusiyadakı tanışları ilə Whats App programı vasitəsilə danışır. Elə onunla bağlı sirrlər də məhz bu yazışmalarından sonra üzə çıxır. 

Ərinin intiqamını almaq üçün bombanı partladan Diana Ramazovanın kamera görüntülərində onun tərəddüd içərisində 2 dəfə hadisə yerini tərk edib, 3-cü dəfə isə bombanı işə saldığı görünür.