Xəbər verdiyimiz kimi, bu gün Ədalət və İnkişaf Partiyası Türkiyədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə qərarın qəbul olunduğu gün AKP namizədinin sənədləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəyə təqdim olunub.
Xatırladaq ki, namizədlərin sənədlərinin qəbuluna iyunun 29-dan başlanılıb. Əvvəlcə Cümhuriyyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyasının vahid namizədi, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlunun sənədləri parlament sədrinə təhvil verilmişdir. Seçkilərdə iştirak etmək istəyən digər namizəd Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahaddin Dəmirdaşın sənədləri də artıq TBMM sədri tərəfindən qəbul olunub.
Türkiyə Yüksək Seçki Komissiyasının məlumatına görə, ölkədə fəaliyyət göstərən 25 siyasi partiyanın namizədlik irəli sürmək hüququ var.
Namizədlərin sənədlərinin qəbulu iyulun 3-də başa çatacaq.
Son xəbərlər
Son Xəbərlər