Türkiyədəki qarın Azərbaycana təsiri olacaqmı?

turkiyedeki-qarin-azerbaycana-tesiri-olacaqmi
Oxunma sayı: 2119


Bu məqamda “Qafqazinfo” ölkəmizdə yaxın günlərdə hava şəraitinin necə olacağı ilə maraqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaxın günlərdə paytaxtda qar yağması gözlənilmir: 

“Bakıda bu gün axşam saatlarına doğru yağıntılı hava şəraiti müşahidə olunacaq. Sabah gün ərzində isə əsasən dəyişkən buludlu hava şəraiti müşahidə ediləcək.  Bölgələrdə isə bu gün günün ikinci yarısında yağıntılı hava şəraiti müşahidə ediləcək. Dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağacağı da gözlənilir”. 

Günel