Türkiyədəki seçkilər - Fotolarda

turkiyedeki-seckiler
Oxunma sayı: 3522

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, seçkinin yeni başlamasına baxmayaraq, ölkə üzrə çox sayda insanın öz seçimini etmək üçün məntəqələrə gəldiyini görmək mümkündür.

Türkiyə vaxtı ilə 08:00-da başlayan seçki 17:00-da başa çatacaq.

Qeyd edək ki, prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə müxalifətinin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Prezident seçkilərinin birinci turu  zamanı namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq. 

Bununla yanaşı, seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.