İstanbul şəhərində baş vermiş vertolyot qəzasında həlak olanların sayı 7 nəfərə çatıb.
“Qafqazinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bununla da göyərtədə olanların hamısı ölüb- iki pilot, “Eczacıbaşı Holdinq”ə bağlı Vitra Rusiyanın icraçı direktoru Selim Özen və onun 4 həmkarı: Aleksandr Vanin, İqor Koçerqin, Lyudmila Çurova və Yelena Badraqai.
“Bizdə hadisənin baş vermə təfərrüatları haqda məlumat yoxdur. Qəzanın baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq”, - deyə “Eczaçıbaşı”dan bildirilib.
Qeyd edək ki, vertolyot “Eczacıbaşı”şirkətlər qrupuna məxsus olub.
Son xəbərlər
Son Xəbərlər