Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı daha bir nəfər saxlanılıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.
“Kimə gətirib çıxarmasından asılı olmayaraq, məhkəmə prosesini sona qədər səmərəli şəkildə davam etdirmək əzmi var. Məsul şəxslər məhkəmə qarşısında cavab verməlidirlər. Hazırda 12 nəfər saxlanılıb. Onların arasında otel sahibi, menecer və işçilər var. Proses davam edir. Məsələ texniki məsələdir. Hazırda bəzi sübutlar var. Bütün kamera qeydləri və sənədlər götürülüb, araşdırılır. Hadisənin təfərrüatlı şəkildə araşdırılması davam etdiriləcək”, - o bildirib.
Qeyd edək ki, daha öncə hadisəyə görə 11 nəfərin saxlanıldığı məlum idi.
Xatırladaq ki, yanğın nəticəsində 78 nəfər həlak olub.