Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

turkiyedeki-zelzele-ile-bagli-yardim-toplama-menteqesi-yaradildi
Oxunma sayı: 8878

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

“Qafqazinfo” səfirliyə istinadən xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları - gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb, 5 775 bina dağılıb.