Türkiyədəki zəlzələdə 24 921 binada ciddi dağıntı müəyyən edilib

turkiyedeki-zelzelede-24-921-binada-ciddi-daginti-mueyyen-edilib
Oxunma sayı: 2160

Kahramanmaraş mərkəzli zəlzələlərdə söküntü və ciddi dağıntı müəyyən edilən binaların sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Qaziantep Fəlakət və Koordinasiya Mərkəzində verdiyi açıqlama zamanı danışıb.

Nazirin sözlərinə görə, zəlzələdən sonra 10 vilayətdə 171 882 binada araşdırılma aparılıb.

“24 921 binanın ciddi ziyan gördüyünü müəyyənləşdirdik”, -deyə nazir əlavə edib.