Türkiyədəki zəlzələdə ölənlərin sayı 47 mini ötüb

turkiyedeki-zelzelede-olenlerin-sayi-47-mini-otub
Oxunma sayı: 1166

Türkiyədə fevralda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 47 mini ötüb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, təbii fəlakət zamanı 115 mindən çox insan yaralanıb. 

Xatırladaq ki, ən son məlumatda zəlzələ zamanı 46 104 nəfərin həlak olduğu bildirilirdi.