Türkiyə ABŞ və Rusiyanı gərginliyin artdığı Suriyada təmkinli olmağa çağırıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli Suriya məsələsində iştirak edən “aktyorların” maraqlarının toqquşduğunu bildirib:
“Kiçik bir sahədir və hər növ qarşıdurmaya rəvac verə bilər. Beynəlxalq münasibətlərdə müəyyən bir nöqtədən sonra rasionallıq itir. Bir nöqtədən sonra məntiqli düşüncə aradan qalxır və müharibə çıxır”.
O deyib ki, ABŞ-ın dəstəklədiyi qüvvələr Rusiyanın dəstəklədiyi qüvvələrə hücum etdiyi təqdirdə Rusiya və havadarları bunun altında qala bilməzlər:
“Əks halda güclərini itirərlər. Bu səbəbldən ciddi qarşıdurmalar olar. Bu təhlükə uzun zamandır mövcuddur və bundan sonra da davam edəcək. Bir qığılcım bütün bölgənin partlayışı ilə nəticələnə bilər. Bu səbəbdən Türkiyə tərəfləri ilk növbədə, təmkinli olmağa çağırır”.
Son xəbərlər
Son Xəbərlər