Türkiyədən Almaniyaya ilk cavab

turkiyeden-almaniyaya-ilk-cavab
Oxunma sayı: 6292

Türkiyə Almaniyanın “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin hakim partiyası AK partiya Almaniyanın qondarma soyqırımı tanımasını pisləyib. Bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.
Qurumun mətbuat katibinin sözlərinə görə, bu qərar iki ölkənin münasibətlərinə ciddi zərər vurur.

Xatırladaq ki, bu gün Almaniya bundestaqı böyük səs çoxluğu ilə 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi qırğınının “soyqırım” kimi tanınması haqda qətnaməni qəbul edib.

Aysel Kərimova