Türkiyədən fantastik geridönüş - Video

turkiyeden-fantastik-geridonus
Oxunma sayı: 6731

UEFA Millətlər Liqasında B liqasının 2-ci qrupunda İsveç öz meydanında Türkiyə ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, 5 qolun vurulduğu matçda Türkiyə fantastik geridönüşlə 3 xal əldə edib.

Belə ki, oyunun gedişində 2 top fərqi ilə geriyə düşən “ay-ulduzlular” əzmkar mübarizə göstərib və 3:2 hesablı qələbə qazanıb.

Matçın ulduzu isə oyuna sonradan girərək 2 qol vuran Əmrə Akbaba olub.

İsveç - Türkiyə - 2:3

Qollar: 35 - Telin (1:0), 49 - Klaesson (2:0), 51 - Hakan Çalhanoğlu (2:1), 88 - Əmrə Akbaba (2:2), 90+2 - Əmrə Akbaba (2:3)