Türkiyədən gələn 19 həkim Bakı və regionlarda öz işlərini bitirdi - Fotolar

Türkiyədən gələn 19 həkim Bakı və regionlarda öz işlərini bitirdi
Oxunma sayı: 2997

REACT-C19 layihəsində iştirak edən 19 azərbaycanlı həkim Bakı və regionlarda öz işlərini yekunlaşdırıblar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən “Qafqazinfo”ya verilən məlumata görə, layihədə iştirak edən həkimlərə sertifikatlar təqdim olunub.

Qeyd edəki ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqların artırılması məqsədilə həyata keçirilən layihə 3 ay davam edib.