Avropa Birliyinin Sərhəd Mühafizə Agentliyinin (“Frontex”) direktoru Fabrike Leggeri Türkiyədən Yunanıstana keçən mühacirlərin sayında son zamanlar ciddi artım olduğunu bildirib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, direktor son 4-5 həftə içində 17%-dən çox mültəcinin yunan adalarına keçdiyini söyləyib. Bu artımın səbəbi isə Türkiyəyə İran, İraq və Suriyadan daha çox qaçqının axın etməsidir. Ağdəniz yolu ilə Avropaya gedənlərin çoxu kişidir. Sığınacaq alanların isə yalnız 40%-i ailələrdən ibarətdir.
Nuranə
Son xəbərlər
Son Xəbərlər