Türkiyədən İŞİD-ə zərbə

turkiyeden-isid-e-zerbe
Oxunma sayı: 1075

Türkiyə ordusu Suriya ərazisindəki İŞİD hədəflərinə zərbələr endirib. 

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı qüvvələrinin artilleriyası, eyni zamanda havadan NATO koalisiyası və Türkiyə hərbi hava qüvvələri birgə əməliyyat keçirib. Hücum nəticəsində bir neçə strateji bölgə nəzarətə götürülüb, 18 İŞİD terrorçusu məhv edilib.

Bildirilir ki, Hələb ətrafında Mare-Azez xətti kimi tanınan strateji dəhliz yenidən açılıb.

Aysel Kərimova