Türkiyədən İsrailə hava məkanı qadağası

turkiyeden-israile-hava-mekani-qadagasi-
Oxunma sayı: 634

İsrailin yük təyyarələri iki ölkə arasında yaranan gərgin münasibətlərə görə Türkiyə üzərindən uçuş həyata keçirə bilməyəcəklər.

Türkiyə mediasının məlumatına görə, İsrailin “Haaretz” qəzeti yazır ki, yeni sanksiyalar “El-Əl” və “Cargo Air Lines” (CAL) şirkətinin reyslərinə şamil edilib. Bu şirkətlərin malları hökumət tərəfindən “təhlükəli” kimi siyahıya alınıb. Təhlükəli malların siyahısına təkcə yanacaq materialları deyil, eləcə də bütün növ akkumulyatorlar, hətta parfümeriya daxil edilib.

Artıq ötən gündən etibarən Ankara qeyd edilən reyslər haqda 10 gün müddətində, yəni həmin reyslərin Türkiyə hava məkanına daxil olması məsələsi həllini tapana qədər məlumat verilməsini tələb edir. Öz növbəsində bu tədbirlər İsrail aviaşirkətlərinə maddi ziyan vura bilər. Çünki İsrailin Uzaq Şərqə uçan təyyarələri Türkiyənin hava sərhədini keçməlidirlər.

Məlumata görə, “El-Əl” və “Cargo Air Lines” şirkətləri İsrailin də Türkiyəyə qarşı müvafiq sanksiyalar tətbiq etməsi üçün ölkənin Mülki Aviasiya İdarəsinə müraciət ediblər.

azadliq.info