Türkiyənin xarici işlər naziri Hakan Fidan Livanın Baş naziri Nəcib Miqatiyə zəng edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.
Diplomatik mənbənin məlumatına görə, Fidan Miqati ilə telefon danışığı zamanı Livanda “Hizbullah” tərəfindən istifadə edilən peycerlərdə baş verən partlayışla bağlı detalları öyrənib və Livan xalqına insan tələfatı ilə bağlı başsağlığı verib.