Türkiyədən referenduma görə ilk sanksiya

turkiyeden-referenduma-gore-ilk-sanksiya
Oxunma sayı: 2123

Türkiyə hökuməti İraq Kürd Regional Hökumətinin legitim olmayan müstəqillik referendumuna qarşı ciddi qərar qəbul edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Türkiyə, referendumdan imtina edilmədiyinə görə Habur sərhəd keçid-məntəqəsini bağlayıb.

Hazırda məntəqədən sadəcə Şimali İraq tərəfə keçidlərə icazə verilir. Qarşı tərəfdən Türkiyəyə girişə isə qadağa qoyulub.

Qeyd edək ki, bütün xəbərdarlıqlara baxmayaraq bu gün İraq Kürd Regional Hökuməti müstəqillik referendumu keçirib.