“Rəsmi Ankara Rusiya ilə bağlı hər hansı addım atmaq niyyətində deyil”.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri baş nazirin müavini Bəkir Bozdağ deyib. Hökumət sözçüsü “Keçmiş agentlə bağlı yaranan böhran Böyük Britaniya və Rusiya arasındadır. Onlar bu məsələni aralarında həll etməlidirlər. Türkiyə bununla əlaqədar Rusiyaya qarşı heç bir addım atmayacaq. Bizim Rusiya ilə əlaqələrimiz yaxşıdır”,-deyib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər