Türkiyədən Rusiya və Ukraynaya çağırış

turkiyeden-rusiya-ve-ukraynaya-cagiris
Oxunma sayı: 2797

Türkiyə Milli Təhlükəsizlik Şurası (MTŞ) Rusiya və Ukraynanı hərbi əməliyyatları dayandırmağa çağırıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ-nin iclasında bəyanat qəbul olunub.

“Rusiya və Ukrayna arasındakı müharibənin gedişi və onun mümkün gələcək nəticələri ətraflı müzakirə edilib. Qara dənizdə gərginliyin artması heç kimin marağında deyil. Ona görə də tərəfləri danışıqlar masası arxasına oturmağa çağırırıq”, -deyə MTŞ-nin bəyanatında bildirilib.