Türkiyədən Rusiyanın Ukraynada keçirəcəyi seçkilərə - Reaksiya

turkiyeden-rusiyanin-ukraynada-kecireceyi-seckilere
Oxunma sayı: 3525

Rusiyanın Ukraynada ələ keçirdiyi Donetsk, Luqansk, Zaporojye, Xerson, Melitopolda keçirəcəyi referenduma Türkiyə Xarici İşlər Nazirliyi münasibət bildirib.

“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, XİN-in yaydığı açıqlamada referendumla bağlı qərara narahatlıqla yanaşıldığı bildirilib.

“Biz Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində təktərəfli referendum keçirmək cəhdlərindən narahatıq. Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, bu diplomatik prosesin canlandırılması səylərini çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək”, - deyə açıqlamada bildirilir.