Türkiyə 2009-cu ildən bu günə qədər silah-sursat ixracatını 1.7 dəfə artırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabat yayıb.
İnstitutun araşdırmaçılarından olan Piter Veizman Türkiyənin silah ixracatı ilə bağlı detallı hesabatını “Axşam” qəzetinin əməkdaşı Gökhan Ertaşa təqdim edib.
Hesabata əsasən, Türkiyədən silah alan ölkələrin siyahısına Azərbaycan liderlik edir. Belə ki, Azərbaycan Türkiyədən 35 ədəd “Kobra”, 37 ədəd “Shorland”, 30 ədəd “T-107 ÇNRA”, 40 ədəd “T-122/300 ÇNRA”, 20 ədəd “T-300 ÇNRA”, 108 ədəd “TRG-300 Kaplan” raket, 25 ədəd “SOM” raketi alıb.
Türkiyədən hərbi texnika alan ölkələr arasında həmçinin, Rusiya, Bəhreyn, Qətər, Qazaxıstan, Malayziya, Misir, Pakistan da var.
Son xəbərlər
Son Xəbərlər