Türkiyədən tarixi qərar- - Koalisiya alınmadı

turkiyeden-tarixi-qerar-
Oxunma sayı: 768


“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, sözügedən partiyalar koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlməyiblər. Davudoğlu və Kılıcdaroğlu arasındakı görüş 1 saatdan çox davam edib. 

İki siyasətçi arasındakı söhbət və nəticələrlə bağlı mətbuat konfransında məlumat veriləcək

Xatırladaq ki, bu tərəflər arasında koalisiya hökumətinin qurulması istiqamətində keçirilən üçüncü görüş idi. 

***

"Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək". 

Bu barədə baş nazir Əhməd Davudoğlu bildirib. Baş nazirin sözlərinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) Cümhuriyyət Xalq Partiyası (CHP) ilə razılığa gəlmək üçün hər şey edib.

***

CHP sədri Kamal Kılıçdaroğlu da növbədənkənar seçkilərin keçirilməsinin qaçılmaz olduğunu bildirib.

“Qafqazinfo”