Türkiyədən terrorla mübarizədə önəmli qərar - “Vur” əmri əsgərə verildi

turkiyeden-terrorla-mubarizede-onemli-qerar
Oxunma sayı: 3283

 


Türkiyədə son günlər artan terror hücumları nəzərə alınaraq yeni qərar qəbul edilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bundan sonra əsgər və polisin müdafiə mövqeyində qalmayacağına qərar verilib. Belə ki, artıq əsgərin PKK terrorçularına qarşı əməliyyata keçmək üçün Validən icazə almasına ehtiyac qalmayacaq. Bundan sonra hərbi əməliyyat və təqib zamanı əsgər özü “vur” əmrinə sahib olacaq.