Türkiyədən vətəndaşlarına İraqla bağlı xəbərdarlıq

turkiyeden-vetendaslarina-iraqla-bagli-xeberdarliq
Oxunma sayı: 847

Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşlarına İraqa səyahət etməməklə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo”nun “CNNturk”ə istinadən verdiyi xəbərə görə, buna səbəb hazırda İraqın paytaxtı Bağdadda baş verən nümayişlərdir.

Qeyd edək ki, 24 oktyabrdan başlayaraq Bağdadda və digər şəhərlərdə aksiyalar başlayıb. Hazırda İraqda olan türk vətəndaşlarına isə İraq rəsmi dairələrinin etdiyi xəbərdarlıqlara əməl etməsi, insanların çox olduğu ərazilərdə olmaması tövsiyə edilib.