Türkiyəli aktrisa 38 yaşında öldü

turkiyeli-aktrisa-38-yasinda-oldu
Oxunma sayı: 5776

Türkiyəli aktrisa Gülşah Çomoğlu vəfat edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

İki il öncə ana olan Gülşahın ölüm xəbərini həyat yoldaşı Gökhan Günal instaqram səhifəsində açıqlayıb: “Təəssüf ki, əziz həyat yoldaşım, həyatımın sevinci, gözəl qızımızın anası Gülşah Çomoğlunu itirdik. Sabah Kanlıca məscidində dəfn ediləcək”.

Qeyd edək ki, Gülşah Çomoğlu “Unutma beni”, “Yüksek sosyete”, “Kasaba doktoru” kimi bir çox seriallarda rol alıb.