Türkiyəli aktrisa 80 yaşlı kişiyə ərə getməyindən danışdı

turkiyeli-aktrisa-80-yasli-kisiye-ere-getmeyinden-danisdi
Oxunma sayı: 3322

Türkiyəli aktrisa Meltem Miraloğlu ABŞ-da 80 yaşlı biznesmenə ərə getməsi barədə yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, o, Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramına telefonla bağlanaraq amerikalı Patriklə nikah bağladığını təsdiq edib.

32 yaşlı serial aktrisası həyat yoldaşını sevdiyini bildirib: “Bizim üçün yaş problem deyil. Onun gənc qəlbi var. Sərvəti, Amerika vətəndaşlığı da vecimə deyil. Biz ilk görüşdən bir-birimizə aşiq olmuşuq. Evlilik təklifi çox romantik olmuşdu. Çox xoşbəxtəm. Bu, mənim seçimimdir. Özəl həyatıma hər kəsin hörmət etməsini tələb edirəm”.