Türkiyənin məşhur aktyoru Cem Özer Azərbaycana gəlir. “Qafqazinfo” xəbər verir ki, o, aprelin 3-ü Bakıya təşrif buyuracaq.
Aktyor ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində iştriak edəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yayımlanan proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə Türkiyə və Azərbaycanın ən populyar simaları iştirak edir.
“Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.
Xatırladaq ki, aktyor Nurgül Yeşilçayın keçmiş həyat yoldaşıdır.


Son xəbərlər
Son Xəbərlər