Türkiyəli aktyor evində ölü halda tapıldı

turkiyeli-aktyor-evinde-olu-halda-tapildi
Oxunma sayı: 4216

Türkiyəli aktyor Levent Aykul yaşadığı evdə ölü halda tapılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kəmərdə baş verib. Belə ki, Levent Aykul telefon zənglərinə cavab vermədiyi üçün aktyorun bibisi polisə xəbər verib. Polis əməkdaşları ilə birgə Aykulun evinə daxil olarkən onun cəsədi ilə qarşılaşıblar.

Ölüm səbəbini dəqiqləşdirmək üçün aktyorun meyiti tibbi ekspertizaya göndərilib.