Türkiyəli aktyor Kiprdə saxlanıldı - Narkotikə görə

turkiyeli-aktyor-kiprde-saxlanildi
Oxunma sayı: 704

Türkiyəli aktyor Yurdaer Okur Şimali Kipr Türk Cumhuriyyətində Ercan hava limanında üzərində 1 qram narkotik vasitənin olduğu şübhəsiylə saxlanılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, “Karadayı”, “Yeter” kimi bir çox serialda rol alan 43 yaşlı aktyorun narkotik vasitə idxal etmək və üzərində daşımaq cinayətinə görə martın 31-də Lefkoşada məhkəməsi olacaq.