Türkiyəli aktyor xəstəxanaya yerləşdirildi

turkiyeli-aktyor-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2314

Türkiyənin koronavirusa yoluxan Yeşilçam ulduzu Nuri Alço xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 69 yaşlı aktyorun vəziyyəti ağırlaşıb.

Aktyorun arvadı Burcu Sezginoğlu sosial media hesabında aktyora dəstəyini ifadə edib:

“Heraklım mənim. Sən mənim nəfəsimsən. Yaxşılaşmağına az qaldı, eşqim…”