Türkiyəli alpinistlər Azərbaycana belə dəstək oldular - Fotolar

turkiyeli-alpinistler-azerbaycana-bele-destek-oldular
Oxunma sayı: 2861

İki türkiyəli alpinist Ərzurum şəhərindəki məşhur Tortum şəlaləsinin yamacından Azərbaycan və Türkiyə bayrağını asıblar.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Alpinizm Federasiyası (TDF) şəhərdən 87 km məsafədə yerləşən şəlalədəki aksiyanın Azərbaycan xalqının ölkələrinin bütövlüyü uğrunda mübarizəsinə həsr olunduğunu bildirib.

“Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunmağını diləyirik. Türkiyə vətəndaşları qardaş xalqın yanında olublar və olacaqlar”,- deyə Federasiya nümayəndəsi Erdar Emeç bildirib.