Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzası edib.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə 22:00 radələrində avtomobilin buzlu yoldan sürüşərək kənara çıxması nəticəsində baş verib.
Qəzada Meral Danış Beştaş, avtomobilin sürücüsü Mehmet Vəfa və adı açıqlanmayan partiya lideri yaralanıb.
Deputatın həyati təhlükəsi olmadığı bildirilir.


Son xəbərlər
Son Xəbərlər