Türkiyəli deputatlar Azərbaycana görə qırmızı forma geyinmədilər

turkiyeli-deputatlar-azerbaycana-gore-qirmizi-forma-geyinmediler
Oxunma sayı: 3322

Bu gün Türkiyənin Antalya şəhərində parlamentlərarası ənənəvi futbol turniri start götürüb.

Qafqazinfo” qaynarinfo.az-a istunadən xəbər verir ki, günün ilk matçında Türkiyədən olan deputatlarla ukraynalı millət vəkilləri üz-üzə gəlib.

Türklər meydana ənənəvi qırmızı-bəyaz formada yox, qarada çıxıblar. Oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Fasilədə türk deputatlar Türkiyədə baş verən terror hadisələri və Qarabağda şəhid olmuş azərbaycanlı hərbçilərə görə belə geyindiklərini bildiriblər. Onu da bildirək ki, türklər fasiləyə 2:0 öndə yollanıb.

Qeyd edək ki, TRT3 telekanalı vasitəsilə canlı yayınlanan bu oyundan sonra Azərbaycandan olan deputatlar Polşa Seyminin üzvləri ilə qarşılaşacaqlar. Qaliblər sabah finalda görüşəcək.