Türkiyəli hakim “Səbail”in qapısına vurulan qola görə üzr istədi

turkiyeli-hakim-sebailin-qapisina-vurulan-qola-gore-uzr-istedi
Oxunma sayı: 2208

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in “Legiya” ilə (2:2) keçirdiyi yoxlama görüşündə hakimin idarəçiliyi narazılıqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, xüsusən də, Polşa klubu yerli referinin qərarlarından şikayətlənib.

Varşava təmsilçisinin köməkçi-məşqçisi İnyaki Astiz oyunun ardından türkiyəli hakimin onlardan üzr istədiyini açıqlayıb: “Hakim birinci hissədə vurduğumuz təmiz qolu saymadı. Ardından isə bu qərarına görə bizdən üzr istədi”.