Türkiyəli iş adamı otel otağında ölü tapıldı

Türkiyəli iş adamı otel otağında ölü tapıldı
Oxunma sayı: 3963

Elazığdakı zəlzələdən sonra zədələnmiş binaların söküntü işlərini həyata keçirən firmanın sahibi, tanınmış ankaralı iş adamı Ertem Gürsoy otel otağında ölü halda tapılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, 36 yaşlı iş adamı ilə əlaqə yarada bilməyən işçiləri onun qaldığı otelə gediblər. Gürsoyun otağına daxil olan otel rəsmiləri onun cəsədi ilə qarşılaşıblar. Meyit tibbi ekspertizaya göndərilib.

Polis araşdırmalara başlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi