Türkiyəli məmur çıxışı zamanı infarkt keçirdi - Video

turkiyeli-memur-cixisi-zamani-infarkt-kecirdi
Oxunma sayı: 2362

Türkiyənin Yalova şəhərində Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin Uyğunlaşma və Rabitə şöbəsinin rəhbəri Aydın Kəskin Kadıoğlu infarkt keçirib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Kadıoğlu tədbirlərin birində tribunada çıxış edərkən özünü pis hiss edib. Ürəyinin sıxıldığını söyləyən məmur dərhal çölə çıxarılıb. Zaldakıların köməyi ilə xəstəxanaya çatdırılan Kadıoğlunun infarkt keçirdiyi məlum olub. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.