Türkiyənin ən zəngin iş adamlarından olan “Koç Holding”in İdarə Heyətinin sədri Mustafa Koç bu gün səhər keçirdiyi infarktdan sonra dünyasını dəyişib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, idman etdiyi zaman infarkt keçirən 56 yaşlı iş adamı Beykoz dövlət xəstəxanasına, oradan da helikopterlə Koç Fonduna aid Amerikan Xəstəxanasına köçürülmüşdü. Dörd saatlıq müdaxilədən sonra xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Prezident Rəcəb Tayyub Ərdoğan Mustafa Koçun dünyasını dəyişməsi ilə bağlı Koç ailəsinə telefonla zəng edərək başsağlığı verib.
Son xəbərlər
Son Xəbərlər