Türkiyəli müğənni azadlığa çıxdı

turkiyeli-mugenni-azadliga-cixdi
Oxunma sayı: 1656

FETÖ terror təşkilatına üzv olduğu üçün 1 ildən çoxdur həbsdə olan müğənni və televiziya şərhçisi Atilla Taş, həmçinin jurnalistlər Murad Aksoy və Davud Aydın azadlığa çıxıblar.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, “media istintaqı” çərçivəsində bu gün keçirilən məhkəmə prosesində ittiham olunan şəxslərin müdafiəsi dinlənilib.

Çıxışlardan sonra məhkəmə heyəti Atilla Taş, Murad Aksoy və Davud Aydının həbsdən azad olması barədə qərar çıxarıb. Digər 20 media nümayəndəsinin həbs qərarı qüvvədə saxlanılıb.

Növbəti proses 4 dekabrda keçiriləcək.

Qeyd edək ki, hər üç şəxs FETÖ ilə bağlı keçirilmiş media əməliyyatı çərçivəsində 2016-cı il 31 avqustda saxlanılmışdılar.