Türkiyəli müğənni “Eurovision”da - Video

turkiyeli-mugenni-eurovisionda
Oxunma sayı: 1642

"Eurovision 2016" mahnı müsabiqəsində San Marino təmsilçisinin ifa edəcəyi mahnı bəlli olub.

“Qafqazinfo”nun məlumatına görə, türk müğənni Serhat Hacıpaşalıoğlunun Stokholm səhnəsində səsləndirdiyi mahnı “I Didn’t Know” adlanır.
Türkiyədə anadan olan, alman dilində təhsil alan müğənninin orta templi mahnısı Parisdə təqdim olunub.

Qeyd edək ki, mahnının bəstəkarı Olcayto Əhməd Tuğsuz türk əsillidir, sözləri isə yunanıstanlı Nektaris Tyrakizə məxsusdur.