Türkiyəli müğənnidən Murada böyük - Jest

turkiyeli-mugenniden-murada-boyuk-
Oxunma sayı: 2268

Bəstəkar-müğənni Murad Arif türkiyəli sənətçi Mirkelamın repertuarına müraciət edib.

Qafqazinfo” xəbər verir ki, o, “Coffee Band”ın müşayiəti ilə “Kokoreç” mahnısı ifa edib, videoçarx çəkdirib.

Həmin görüntüləri türkiyəli ifaçı tvitter, instaqram və feysbuk səhifələrində paylaşıb, azərbaycanlı ifaçıya dəstək olub.

Arif “Sırada sevdiyim sənətçi Mirkelamla bir səhnə paylaşmaq var. Səbrli olun, gözəl xəbərlərim olacaq” deyə qeyd edib.

Bildirilib ki, Mirkelam Murada bu mahnını oxumaq üçün təklif irəli sürüb.

Qeyd edək ki, Mirkelam bir müddət əvvəl Muradın “Tavla” mahnısını paylaşaraq çox bəyəndiyini bildirmişdi.