Türkiyəli müğənnilər Ramili belə təbrik etdilər - Fotolar

turkiyeli-mugenniler-ramili-bele-tebrik-etdiler
Oxunma sayı: 1329

Türkiyə prezidentindən sonra bu ölkənin bir sıra məşhurları da azərbaycanlı atlet Ramil Quliyevi təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə millisinin və “Barselona” klubunun ulduz futbolçusu Arda Turan Ramili instagram hesabından “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı” şərhi ilə təbrik edib.

Türkiyənin tanınmış pop və rok ulduzlar Murad Boz və Emre Aydın da tvitter hesablarında Ramilin qələbəsindən yazıblar. 

Qeyd edək ki, Ramil 200 metr məsafəni 20.09 saniyəyə qaçaraq yüngül atletika üzrə dünya çempionu adını qazanıb.