Türkiynin Səhiyyə Nazirliyinin Milli Tibbi Xilasetmə Dəstəsi (UMKE) mütəxəssisləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin bir qrup tibbi heyəti üçün ölkəmizdə növbəti təlim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin açılış mərasimində UMKE Təlim üzrə idarə rəisi Mustafa Uras, FHN Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, FHN Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisininin nümayəndəsi Cəvahir Süleymanova və Cənubi Qafqaz üzrə nümayəndəsi Nuran Higgins çıxış edərək içtirakçılara uğurlar arzulayıb, təlimin prioritetləri və gələcək əməkdaşlıq barədə məlumat veriblər.
Açılış mərasimindən sonra təlimə start verilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Təlimin nəzəri hissəsində türkiyəli mütəxəssislər məşğələlər formasında bilik və bacarıqlarını azərbaycanlı həmkarları ilə bölüşüblər.
FHN-in Mülki müdafiə qoşunlarının Təlim poliqonunda keçirilən təlimin praktiki hissəsində tibb heyətinə dağıntı və sair fövqəladə hallar zamanı zərərçəkmişlərə ilkin tibbi müdaxilə və yaradılmış səhra xəstəxanalarında əməliyyat barədə praktiki biliklər verilib.
Təlimin bağlanış mərasimi FHN-in Mülki müdafiə qoşunlarının Təlim poliqonunda baş tutub. Mərasim zamanı iştirakçı tibbi heyət müvafiq sertifikatlarla mükafatlandırılıb.







Son xəbərlər
Son Xəbərlər