Türkiyəli nazir işığın sönməsində pişiyi günahlandırdı- - Video

turkiyeli-nazir-isigin-sonmesinde-pisiyi-gunahlandirdi-
Oxunma sayı: 1965


 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir elektrik transfarmatoruna pişiyin girdiyini və problemin bu səbəbdən yarandığını bildirib:

“Zarafat etmirəm, transfarmatora pişik girdi. Bu ilk dəfə deyil ki yaşanır. Bunu seçkilərlə əlaqələndirmək yanlışdır. Biz vətəndaşların hər cür qərarına hörmət edirik. Biz bununla əlaqəli seçim nəticələrinə kölgə salmağa çalışanları bir az da təbəssümlə qarşılayırıq. Səslərə təsir edəcək bir məsələ müzakirə mövzusu deyil. Bəzi bölgələrdə çox qısa, 10-15 dəqiqə müvəqqəti kəsintilər yaşanıb. Elektrik dirəklərinin arxasına sığınmayaq”.

Qeyd edək ki, nazirin bu çıxışı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib. Hətta sosial şəbəkə izləyiciləri fotolar hazırlayıb pişiyi "sorğu-suala" çəkiblər.