Türkiyəli nazirin 11 il öncəki görüntüləri gündəm oldu - Video

turkiyeli-nazirin-11-il-onceki-goruntuleri-gundem-oldu
Oxunma sayı: 4421

Türkiyədə son günlər qiymət artımları və vergilər ən çox danışılan mövzular sırasındadır. Xəzinə və Maliyyə Nazirliyinin bu yaxınlarda hazırladığı yeni vergi paketi ilə ölkədə hər sahəyə yeni vergilər tətbiq ediləcəyi gözlənilir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, xəzinə və maliyyə naziri Mehmet Şimşekin təqdim etdiyi yeni vergi paketinin təfərrüatı açıqlanıb.

Belə ki, layihəyə əsasən ölkədə ofisiantların nəzərdə tutulmuş 10 faiz bəxşişlərinə də vergi qoyulacağı iddia olunur. Bildirilib ki, məqsəd ölkədə vergidən yayınma hallarının qarşısını almaq və xidmət sektorunda vergi bölgüsünü tənzimləməkdir.

Bu məqamda nazir Şimşekin 2013-cü ildə “TRT”də yayımlanan “Meclis Taksi” proqramında qonaq olduğu görüntülər yenidən gündəm olub.

Verilişdə taksiyə minən yaşlı cütlüyün “Taksi pulsuzdur” deməsindən sonra nazirin “Heç olmasa avtobus üçün gedişhaqqı verin” deməsi əks olunub.

Qeyd edək ki, sözügedən verilişə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da nəqliyyat, dənizçilik və rabitə naziri postunda olarkən qatılıb.