Türkiyəli nazirin olduğu təyyarə təcili eniş etdi - Video

turkiyeli-nazirin-oldugu-teyyare-tecili-enis-etdi
Oxunma sayı: 3353

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin olduğu təyyarə nasazlıq səbəbindən təcili eniş edib.

“Qafqazinfo” xəbər verir ki, Ankaradan Şırnaka yola düşən təyyarənin sol mühərrikində nasazlıq meydana gəlib. Təyyarə Malatya bölgəsində təcili eniş etməli olub.

Hadisə zamanı təyyarənin göyərtəsində yaşanan anların görüntüləri yayımlanıb.

Təyyarədə kənd təsərrüfatı və meşə nazirinin müavini Hadi Tunç və Şırnakdan olan millət vəkili Rizgin Birlik də olub.