Türkiyəli psixoloqlar şəhid və qazi ailələrinə yardım göstərib - Foto

turkiyeli-psixoloqlar-sehid-ve-qazi-ailelerine-yardim-gosterib
Oxunma sayı: 884

FHN-in dəvəti ilə ölkəmizə gəlmiş türkiyəli psixoterapevtlər Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar.
 
“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar. Belə ki, yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.