Türkiyənin Bişkekdəki səfiri Çingiz Kamil Fırat qatıldığı iftarda FETÖ üzvünü görüncə süfrədən qalxıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Qırğızıstanda Bişkek müftiliyi tərəfindən iftara dəvət olunan Fırat qonaqlıqda FETÖ-cü Orxan İnandanı görüb. “Terroristlərlə eyni masa arxasında əyləşmərəm” deyən səfir sərt reaksiya göstərərək iftar qonaqlığını yarımçıq tərk edib. O, məclis təşkilatçılarına gedərkən bunları deyib:
“Biz burada 35 milyon dollara məscid tikdiririk, siz bizi terrorçularla eyni süfrədə oturdursunuz. FETÖ-cü birini bura necə çağırırsınız? Ramazanda belə edərlərmi? Ya Türkiyəni, ya da terror təşkilatını seçməlisiniz. Türkiyə Cümhuriyyəti ilə terrorçunu eyni yerə qoyursunuz. Bu insan müsəlman deyil. Prezidentimizə söyləyəcəm”.
Son xəbərlər
Son Xəbərlər